Cəmiyyət - Qanunmedia.az

Bakıdan Kürdəmirə sərnişin qatarı yola düşdü

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

Universitetlərə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat başlayıb

Bu gün Maştağa və Ramanada işıq kəsiləcək

Naxçıvanda keçən il 1 şəhid ailəsinə mənzil verilib

Bir sıra yollarda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Müdafiə Nazirliyi: Ağdərədə partlayış səsləri olacaq

Azərbaycanda daşımalar üçün yeni gömrük mexanizmi hazırlanır

Azərbaycanda gömrükdə malların buraxılışına yeni mexanizm tətbiq olunacaq