ABŞ İrandan nüvə proqramından tamamilə imtina etməsini tələb edir və əks halda Tehranı ciddi nəticələr gözləyir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “CBS News”a müsahibəsində bildirib.
Uolts, ABŞ-nin əvvəlki prezidentləri Barak Obama və Cozef Bayden administrasiyalarının yanaşmalarından fərqli olaraq, İranla "sən mənə – mən sənə" prinsipinin tətbiq edilmədiyini vurğulayıb. O qeyd edib ki, məsələ bütövlükdə nüvə proqramı ilə bağlıdır: "Ya ondan imtina edin, ya da nəticələri olacaq."
Uoltsun sözlərinə görə, İranın nüvə silahı əldə etməsi bütün Yaxın Şərq regionunun silahlanma yarışına cəlb olunmasına gətirib çıxaracaq ki, bu da ABŞ-nin milli təhlükəsizliyi üçün “tamamilə qəbuledilməzdir”.