Tərəflər Ukraynada atəşkəsə yaxındırlar - ABŞ Dövlət Departamenti

25-03-2025, 00:30 - Dünya

Tərəflər Ukraynada, o cümlədən Qara dənizdə atəşkəsə yaxındırlar və bundan sonra münaqişənin həlli ilə bağlı gələcək məsələlərin müzakirəsinə başlaya biləcəklər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tammi Bryus deyib.

"Biz buna yaxınıq, heç vaxt tam atəşkəsə indiki qədər yaxın olmamışıq", - deyə o bildirib.

O əlavə edib ki, ABŞ Qara dənizdə atəşkəs də daxil olmaqla Rusiya və Ukrayna ilə birgə işləyir.

Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.