Ermənistan sərhəd möhürlərindən Ağrı dağı təsviri çıxarılır

14-09-2025, 15:40 - Dünya

Ermənistan hökumətinin qərarına əsasən, noyabrın 1-dən etibarən Ağrı dağının təsviri ölkənin giriş və çıxış sərhəd möhürlərindən çıxarılacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Yaşamaq üçün torpaq” partiyasının həmtəsisçisi Mesrop Arakelyan öz “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, qərar sentyabrın 11-də qəbul olunub.