Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

26-10-2025, 15:30 - Dünya

19 oktyabrda Fransanın Luvr muzeyində baş verən oğurluqla şübhəli bilinən ən azı bir nəfər həbs edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "France Inter" istintaqa yaxın mənbəyə istinadən xəbər verib.

"Le Figaro" qəzeti qeyd edib ki, ikinci şübhəli Sen-Sen-Denis departamentində saxlanılıb. İş üzrə ümumilikdə dörd şübhəli şəxs axtarışa verilib.

Həbs prosessi 25 oktyabr axşamı Parisin Rua-Şarl de Qoll hava limanında baş tutub. Saxlanılanlar mütəşəkkil oğurluq və sui-qəsd ittihamları ilə həbs olunublar. İki şübhəli şəxsin axtarışı davam edir.