Putin ilə Tramp arasında görüş hələlik təxirə salınıb - Uşakov

16-11-2025, 14:15 - Dünya

Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya-ABŞ sammiti təxirə salınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov deyib.
"[Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında] görüş hələlik təxirə salınıb. Bu məsələ ilə bağlı təmaslar davam edir", - deyə o bildirib.