BMT yeni baş katib axtarışlarına başlayıb

26-11-2025, 10:30 - Dünya

BMT təşkilatın növbəti baş katibi postuna yeni namizədlərin axtarışına başladığını rəsmən elan edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sədri Annalena Berbok açıqlama verib.
“Bu seçim kim olduğumuz - BMT olaraq kimliyimiz - və həqiqətən dünya xalqlarının hamısına xidmət edib-etmədiyimiz barədə güclü bir siqnal olacaq”, - deyə o bildirib.

Qeyd olunur ki, Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının sədrləri üzv dövlətlərə məktubla müraciət edərək, hazırkı baş katib Antoniu Quterreşin 2026-cı ildə ikinci beşillik müddətinin başa çatmasından sonra onun əvəzinə bu vəzifəyə namizədlərin irəli sürülməsini təklif ediblər.