Türkiyədə atışma baş verib, ölənlər var

29-11-2025, 02:15 - Dünya

Türkiyənin Şanlıurfa vilayətində iki qrup arasında atışma baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə Haliliye rayonunda qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Güllə yarası alan dörd nəfərdən biri hadisə yerində həlak olub, digər üçü isə xəstəxanaya çatdırılıb. Yaralılardan biri də xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.