Türkiyədə son 20 gündə hüquq mühafizə orqanları tərəfindən FETÖ terrorçu qruplaşmasına qarşı aparılan əməliyyatlarda 223 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat paylaşıb.
“FETÖ-nün “gizli strukturlar”ı daxilində fəaliyyət göstərən, FETÖ-nün şifrəli rabitə proqramı olan "ByLock"dan istifadə edən, taksafonlar vasitəsilə təşkilat daxilindəki şəxslərlə əlaqəni davam etdirən, təşkilata bağlı kiçik sahibkarlar vasitəsilə maddi dəstəyi təmin edən 223 şübhəli saxlanılıb”, - deyə nazir bildirib.
Saxlanılan şəxslərdən 87-si barəsində həbs qətimkan tədbiri seçilib, 50 nəfər ölkəni tərk etməmək haqda yazılı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.