Venesuelada 2025-ci ilin noyabr ayından bəri 897 məhbus azadlığa buraxılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə hakim Venesuela Birləşmiş Sosialist Partiyasının baş katibi və Respublikanın daxili işlər naziri Diosdado Kabello məlumat verib.
Kabello bildirib: “897 nəfər azadlığa buraxılıb. Yəni, 897 yox, 896 nəfərdir, çünki bir nəfər insanları küçələrə çıxmağa çağıraraq azadlığa buraxılma şərtlərini pozduğuna görə yenidən həbs edilib”.
O həmçinin vurğulayıb ki, Venesuela sülh istəyir.