İranla razılaşma əsasən nüvə məsələlərinə aiddir - Tramp

1-06-2026, 05:00 - Dünya

İranla hazırlanan saziş əsasən nüvə məsələləri ilə bağlıdır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"CNN-dəki saxta xəbərlərdə (...) həmişəki kimi deyilirdi ki, İranla nüvə müqaviləsi heç də nüvə müqaviləsi deyil, baxmayaraq ki, orada İranın nüvə silahına sahib olmayacağı açıq şəkildə bildirilir. Bundan əlavə, saziş çərçivəsində nüvə məsələsinin digər aspektlərini də ətraflı şəkildə əhatə olunub. Əslində, sazişin böyük hissəsi buna həsr olunub", - deyə o bildirib.