Tramp Zelenskidən danışıqlara hazır olması ilə bağlı məktub alıb

5-03-2025, 08:40 - Dünya

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olması ilə bağlı məktub aldığını deyib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tramp, Konqresdəki çıxışında danışıb.
Tramp bildirib ki, Zelenski məktubunda ​​ Ukraynanın istənilən vaxt "resurs sazişi"ni imzalamağa hazır olduğunu qeyd edib:

“Mən Ukrayna Prezidenti Zelenskidən vacib məktub aldım. Məktubda deyilir: “Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Faydalı qazıntılar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır”.