Trampın hakimiyyətə qayıdışı amerikalıların Britaniya vətəndaşlığına marağını artırıb

6-03-2025, 05:30 - Dünya

ABŞ vətəndaşlarının Britaniya vətəndaşlığı üçün müraciətlərində rekord artım qeydə alınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Keçən il ABŞ vətəndaşlarından gələn müraciətlərin sayı 2024-cü ilin son rübündə, ABŞ seçkiləri zamanı kəskin artaraq 6100-ə çatıb. Bu, son 20 ilin ən yüksək göstəricisidir.

Amerikalıların Britaniya vətəndaşlığına marağının artmasının əsas səbəbləri kimi ABŞ-dakı siyasi qeyri-sabitlik və Britaniyanın vergi qanunlarına edilən dəyişikliklər göstərilir.