Şəmkirdə “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb.
Belə ki, zərərçəkənlərə rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.
Yevlaxdan Şəmkirdəki istixanaya işçi daşıyan mikroavtobusda 20-dən çox sərnişin olub.