Qusardakı yol qəzasında Şair Ramaldanovun ailə üzvləri həlak olub

15-12-2025, 01:00 - Hadisə

Qusarın Yuxarı Ləyər kəndində baş vermiş yol qəzasında ölənlər ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Şair Ramaldanovun qardaşı, İlham Ramaldanovun ailə üzvləridir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov "Facebook" səhifəsində yazıb.

O bildirib ki, qəza zamanı İ.Ramaldanovun qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı C.Bağırova ölüblər.

Hadisə zamanı ailənin daha 4 üzvü müxtəlif xəsarətlər alıblar.

xxx

16:55

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.