Neftçalada balıq ovuna çıxan şəxs Xəzərdə boğuldu

30-01-2026, 09:25 - Hadisə

Neftçalada balıq ovuna çıxan şəxs Xəzərdə boğulub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə yanvarın 29-da Neftçala rayonunda baş verib.

Belə ki, Məmmədov Habil Qabil oğlu rayonun Mayak kənd ərazisində Xəzər dənizində balıq ovu etmək istəyərkən boğularaq ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.