Yevlax sakini özünə vurduğu iynədən sonra öldü

6-02-2026, 10:22 - Hadisə

Yevlax rayon sakini özünə vurduğu iynədən sonra həyatını itirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev müalicə məqsədilə özünə antibiotik iynəsi vurduqdan sonra vəziyyəti qəfil pisləşib.

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.