Şirvanda kütləvi zəhərlənmə

8-04-2026, 10:12 - Hadisə

Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time” restoranında qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimallara görə, zəhərlənmənin səbəbi həmin şəxslərin restoranda yedikləri göbələklər olub.

Faktla bağlı araşdırma aparılır.