Bakıda kişini qatar vurub

2-06-2026, 09:25 - Hadisə

Bakıda qatar vurması ilə nəticələnən ölüm hadisəsi baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, hadisə iyunun 1-i saat 12:15 radələrində qeydə alınıb.

Belə ki, Quliyev Anar Rövşən oğlu Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27 ünvanında qatar vurması nəticəsində həyatını itirib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.