Cəlilabad sakini arxda boğulub

2-06-2026, 09:30 - Hadisə

Cəlilabad rayonunun Uzuntəpə kəndində bədbəxt hadisə baş verib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, kənd sakini Zamanlı Onur Amil oğlu iyunun 1-i saat 20 radələrində yaşadığı evin yaxınlığında yerləşən su arxına düşərək boğulub.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.