Hadisə - Qanunmedia.az

Bakının mərkəzində avtobus yandı - Səbəb

Sumqayıtda yol qəzası: sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı

Şirvanda kütləvi zəhərlənmə

Qobustanda faciə

Bakıda ev çökdü, gənc qız xilas edildi

Siyəzəndə körpü uçdu

Bakıda ağac aşdı

Sabunçuda yol qəzası: ölən var

Cəlilabadda yanğın: 85 yaşlı kişi həyatını itirdi

Gömrükdə 100 kiloqramdan artıq narkotik vasitə aşkar edildi