İdman - Qanunmedia.az

UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşib

Çempionlar Liqasında yarımfinal cədvəli açıqlandı

Tbilisidə cüdo üzrə Avropa çempionatı keçiriləcək

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib

DÇ-2026 öncəsi millidə yeni baş məşqçi

Ronaldo 2030-cu il dünya kubokunda oynaya biləcəyini bildirib

“Real Madrid” yayda Kamavinqanı sata bilər

“Mançester Yunayted” “Everton”un hücumçusu ilə maraqlanır

"Böyük İpək Yolu" beynəlxalq turnirində 43 boksçumuz yarışacaq

Azərbaycanda yeni “İdman Paytaxtı” seçilib