Azərbaycana birinci rübdə yarım milyard dollarlıq yüksək texnologiyalar məhsulları idxal edilib

28-04-2026, 06:40 - İqtisadiyyat

Bu ilin yanvar-mart aylarında Azərbaycana 584,7 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları idxal edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 298 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.

Hesabat dövründə sözügedən məhsulların idxalda xüsusi çəkisi 14,60% təşkil edib.

Eyni zamanda, 2026-cı ilin ilin yanvar-mart aylarında Azərbaycandan 9,6 milyon ABŞ dolları dəyərində yüksək texnologiyalar məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,5 milyon ABŞ dolları və ya 32,1% azdır.

Hesabat dövründə sözügedən məhsulların ixracda xüsusi çəkisi 0,18% təşkil edib.