İqtisadiyyat - Qanunmedia.az

Azərbaycanda “yaşıl enerji” istehsalının həcmi açıqlanıb

Azərbaycan Ermənistandan mal idxal etməyə başlayıb

Azərbaycanda elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracı azalıb

Gümüşün qiyməti 80 dolları keçib

Azərbaycanda qadın fermerlərin sayı açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək

AİB 2026-2027-ci illərdə Azərbaycan üçün iqtisadi artım proqnozlarını açıqlayıb

Azərbaycanda bəzi limanlar bağlanıb - Bu səbəbdən