Mədəniyyət - Qanunmedia.az

“Akinak” tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb

Bu il Kəlbəcər ərazisində qeydiyyata alınan tarix-mədəniyyət abidələrinin sayı açıqlanıb

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib

Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub

Mədəniyyət Nazirliyi ilə ADA Universiteti “Yaradıcı Mərkəz” layihəsi üzrə əməkdaşlıq edəcək

ADA Universitetinin rektoru Hafiz Paşayev Yaradıcı Mərkəzdə yaradılan şəraitlə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub (FOTO)

"Oskar" mükafatının qalibləri elan olundu