Efiopiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

31-03-2025, 12:55 - Siyasət

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram".