İran prezidenti Məsud Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayi Azərbaycana səfərə gəlib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
İranlı rəsminin səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.