Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edir

4-04-2025, 10:11 - Siyasət

Bu dəqiqələrdə Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.