Prezident İlham Əliyev: Əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaq

4-04-2025, 10:55 - Siyasət

Biz əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaqdır. Yəni, biz əmin olmalıyıq ki, bir neçə il üçün bazar olacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında deyib.

Dövlətimizin başçısı əlavə edib: “Əgər bizdə belə bir təminat olmasa, onda investor sərmayə yatırmayacaq, ölkəyə sərmayə yatırmayacaq. Beləliklə, təbii qazın böyük bir qıtlığı yaranacaq. Bizim ehtiyatlar məlumdur. Biz yeni yerlərdən yeni hasilatın başlamasını gözləyirik”.