Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub

28-04-2025, 11:00 - Siyasət

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.