Milli Məclisin xüsusi iclası başlayıb

8-05-2025, 11:11 - Siyasət

Milli Məclisin "Konstitusiya və Suverenlik İli"nə həsr edilən xüsusi iclası başlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, toplantı “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.

Qeyd edək ki, bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planında öz əksini tapıb.