Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

16-05-2025, 09:10 - Siyasət

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası keçiriləcək.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib.

Qeyd edək ki, bu, komissiyanın sayca 7-ci iclası olacaq.

Xatırladaq ki, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə altı iclası olub və 600-dən çox müraciətə baxılıb.