Prezident İlham Əliyev Azərbaycan və Çin arasında viza rejiminin ləğvini təsdiqləyib

10-06-2025, 15:50 - Siyasət

Azərbaycan və Çin arasında viza rejimi ləğv edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Sənədə əsasən, 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.