Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

15-06-2025, 10:30 - Siyasət

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in X sosial şəbəkəsində rəsmi paylaşım edilib.

Paylaşımda qeyd olunur:
“Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək.”