Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26-06-2025, 09:05 - Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!"

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib