Prezident İlham Əliyev Pezeşkiana İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib

26-06-2025, 11:40 - Siyasət

Xəbər verildiyi kimi, İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.