Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb

1-07-2025, 21:45 - Siyasət

Saxlanılan Şahin Şıxlinski Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsində şahid qismində dindirilir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Şahin Şıxlinskinin oğlu Mutvəli bildirib.

Mutvəli Şıxlinski bildirib ki, FSB əməkdaşları onu və atasını saxlayıblar. Daha sonra Mutvəli sərbəst buraxıldı, atası Şahin isə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb.

Hazırda o, şahid statusundadır.

xxx

20:27

Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.