Azərbaycan və Ermənistan SSRİ dövrünün sərhədlərini tanıyırlar

11-08-2025, 17:10 - Siyasət

Azərbaycan və Ermənistan SSRİ dövrünün sərhədlərini tanıyırlar.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.

"Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər", - sənəddə deyilir.