Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qatarla Çinin Tiencin şəhərindən paytaxt Pekinə gəliblər.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısı və Birinci xanım Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və ikinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.