Ceyhun Bayramov Dohada Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək

14-09-2025, 09:10 - Siyasət

Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.