Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumunu təsdiq edib

14-10-2025, 16:10 - Siyasət

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” təsdiq edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanunu təsdiq edib.

Qanuna əsasən, Anlaşma Memorandumu 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.