Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoydu.