Siyasət - Qanunmedia.az

Sahibə Qafarova İstanbulda əlcəzairli həmkarı ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb

Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər

Leyla Əliyeva və Alena Əliyeva “İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimat mərasimində iştirak ediblər

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

Litvanın Baş naziri Azərbaycana gəlir

Azərbaycan XİN Ağdaban qətliamının 34-cü ildönümü ilə bağlı paylaşım edib

Ağdaban soyqırımından 34 il ötür