Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat bu gün başa çatır - DİM

14-04-2025, 09:10 - Cəmiyyət

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu aprelin 1-dən başlanıb və bu gün saat 23:59-dək davam edəcək.

"14 aprel saat 09:00-a olan məlumata əsasən 17004 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 15760; rus bölməsi - 1244).

Bakalavrlar imtahanın ikinci cəhdinə iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına tələb olunan məbləği əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, imtahan 2025-ci il mayın 11-də keçiriləcək",- deyə məlumatda qeyd edilib.