Azərbaycan Premyer Liqasında IV tur başlayır

Dün, 10:55 - İdman

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Oyun cədvəlinə əsasən, ilk gündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Digər matçda isə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkəcək. Görüşə saat 20:15-də start veriləcək.

Turnir cədvəlində “İmişli” (4 xal) 6-cı, “Kəpəz” (3 xal) 7-ci, “Şamaxı” (2 xal) 9-cu, “Qəbələ” isə (1 xal) 10-cudur.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.