Bakıda Bakıda “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfrans keçirilir.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, maliyyə nazirinin birinci müavini Anar Kərimov, Türkiyə Cümhuriyyəti Balıkesir Universitetinin rektoru Yücel Oğurlu, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev iştirak edirlər.