Bakıda bu küçənin təmiri yekunlaşmaq üzrədir

12-05-2025, 09:35 - Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki. küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metrdir.

"Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir",- deyə əlavə edilib.