"Avroviziya 2025" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib

14-05-2025, 01:45 - Cəmiyyət

İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən "Mamagama" qrupu birinci yarımfinal mərhələsində səhnəyə 10-cu çıxaraq “Run With U” adlı mahnısını ifa edib.

İlk finalçılar Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri olublar.

Qeyd edək ki, ikinci yarımfinal mayın 15-də, final isə mayın 17-də baş tutacaq.