Ötən ay qidadan zəhərlənənlərin sayı açıqlandı

16-05-2025, 10:35 - Cəmiyyət

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qida toksikoinfeksiyası şübhəsi ilə 103 nəfər qəbul edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, ölüm halı qeydə alınmayıb:

"Qəbul edilən şəxslərin hər birinə şöbədə zəruri tibbi xidmətlər göstərildikdən sonra evə buraxılıb", - deyə o əlavə edib.

Qeyd edək ki, qida zəhərlənməsi bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır.