Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

19-05-2025, 10:58 - Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (12.05.2025 - 18.05.2025) açıqlanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, 36 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 377 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 291.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.